Tarix : 2014 Dec 08
Kod 44932

Azərbaycanla İran arasında mədəniyyət sahəsində əməkdaşlığa heç bir maneə yoxdur

Mədəniyyət sahəsində əməkdaşlıq daha da genişlənərsə, hər iki ölkənin siyasi əlaqələri də inkişaf edəcək

Arannews - Azərbaycan Respublikasında İranın mədəniyyət sahəsində fəaliyyəti üçün lazımi şərait yaradılıb.

bunu Bakıya səfərini başa vurub Tehrana qayıdan İran İslam Respublikasının İslam Əlaqələri və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkman deyib.

Türkman bildirib ki, Azərbaycanla İran arasında mədəniyyət sahəsində əməkdaşlığa heç bir maneə yoxdur. Mədəniyyət sahəsində əməkdaşlıq daha da genişlənərsə, hər iki ölkənin siyasi əlaqələri də inkişaf edəcək. İran, ölkənin istənilən şəhərində Azərbaycanın Mədəniyyəti Günlərinin keçirilməsinə şərait yaratmağa hazırdır.

İranın İslam Əlaqələri və Mədəniyyət Təşkilatının sədri Bakıda keçirdiyi görüşlərdə qarşılıqlı film həftələrinin, sərgilərin və mədəniyyətə həsr olunan konfransların da keçirilməsini təklif etdiyini və bu təkliflərin çox müsbət qarşılandığını bildirib.

Qeyd olunub ki, hazırda Azərbaycanla İran arasında dini sahədə əməkdaşlıq haqqında protokol hazırlanır.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrini Tehrana dəvət etdiyini nəzərə çatdıran Ə.İ. Türkman bu səfər çərçivəsində protokolun imzalanacağını bildirib.

  • Yazılıb
  • da (də) 2014 Dec 08