Tarix : 2014 Nov 29
Kod 44871

Azərbaycan Respublikasinda məscid od vurulub

Məscidi yandıranlar bəlli deyil

Arannews - Noyabrın 26-da səhər saat 01:55 radələrində naməlum şəxslər Qaraçuxur məscidini yandırıb.

bunu məscidin axundu Mirmahmud Fəttayev deyib. Məscid axundunun sözlərinə görə, Allah evinə 6-7 min manat həcmində ziyan dəyib: “Məscidin xalça və gəbələri tamamilə yanıb. Pənəcərə şüşələri sındırılıb”.

Mirmahmud Fəttayevin sözlərinə görə, Məscidi kimlərin yandırdığı bəlli deyil: “Məscidi yandıranlar bəlli deyil. Hətta gözətçiyə güc də tətbiq edilib və o, yıxılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, həmin adamlar 2 nəfər olub. Məscidin içərisinə daxil olaraq od vurublar. Gözətçi dərhal ayağa qalxıb. Ətrafda yaşayan camaatın köməyi ilə yanğının daha da şiddətlənməsinin qarşısı alınıb.

  • Yazılıb
  • da (də) 2014 Nov 29