Tarix : 2014 Nov 29
Kod 44870

Tanınmış ilahiyyatçı alim Qobustan həbsxanasına köçürüləcək

Qaradağ rayon Məhkəməsində Tale Bağırovun 8 ay müddətinə Qobustan qapalı həbsxanasına köçürüləcəyi qərarı verilib
Arannews - Tanınmış ilahiyyatçı alim, vicdan məhbusu Tale Bağırovun Qaradağ rayon Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb. Məhkəmə zamanı Tale Bağırovun 8 ay müddətinə Qobustan qapalı həbsxanasına köçürüləcəyi qərarı verilib. Bu barədə ilahiyyatçının vəkili Anar Qasımlı bildirib. Vəkil əlavə edib ki, buna səbəb kimi Tale Bağırovun daxili qayda-qanunları pozması və ardıcıl karserə salınması göstərilib. Vicdan məhbusu Tale Bağırov buna qədər 12 saylı Cəzçəkmə Müəssisəsində karserə salınmışdı. Həbsxananın vahid forma geyiminə riayət etməməsi bəhanəsi ilə Tale Bağırov 1 ay karserdə saxlanılmışdı. Qeyd edək ki, bir neçə gün bundan öncə Apellyasiya Məhkəməsi digər vicdan məhbusu olan AİP lideri Mövsüm Səmədovun Qobustan həbsxanasına göndərilməsi ilə bağlı verdiyi şikayəti təmin eləməmişdi. Taleh Bağırov Mövsüm Səmədovdan sonra ikinci ruhanidir ki, barəsində Qobustana göndərilmə barədə qərar verilir.
  • Yazılıb
  • da (də) 2014 Nov 29