Tarix : 2014 Nov 29
Kod 44868

AİP sədri “Qobustan”a köçürülür

Hacı Mövsüm Səmədov 2 il müddətinə qapalı həbsxana rejiminə (Qobustan həbsxanasına) köçürülür

Arannews - AİP sədri barəsində noyabrın 24-də Bakı Apellyasiya Məhkəməsində qapalı rejimə köçürülməsi haqda qərar 29 noyabrda icra ediləcək .

Oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi 12 saylı cəzaçəkmə müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı təqdimatına əsaslanaraq məhbusun 2 il müddətinə qapalı həbsxana rejiminə (Qobustan həbsxanasına) keçirilməsi qərarı qüvvədə qalıb.

İslaminsesi.org xəbər verir ki, AİP sədri barəsində noyabrın 24-də Bakı Apellyasiya Məhkəməsində qapalı rejimə köçürülməsi haqda qərar 29 noyabrda icra ediləcək. AİP liderinin bu qərardan Ali Məhkəyə şikayət ediləcəyini bildirib.

  • Yazılıb
  • da (də) 2014 Nov 29