Tarix : 2014 Nov 29
Kod 44866

Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin hökumətləri tərəfindən hazırlanan yeni siyasi xəritə Azərbaycan Respublikasinin kəskin etirazına səbəb olub

Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin vətəndaşlarının 2015-ci ilin yanvarından etibarən Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə Azərbaycanın icazəsi olmadan ...

Arannews - Qonşu dövlətlər, o cümlədən Azərbaycan da xəritədə göstərilib. Amma Qarabağ nədənsə Azərbaycanın tərkib hissəsi kimi təqdim edilməyib. Yəni Azərbaycan həmin siyasi xəritəyə işğaldakı torpaqlar nəzərə alınmadan salınıb. Doğrudur, amma Qarabağ heç Ermənistanın da xəritəsinə salınmayıb.

Tədbirin təşkilatçıları, yəni Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin hökumət nümayəndələri tərəfindən hazırlanaraq forum iştirakçılarına təqdim edilən bu yeni siyasi xəritə Azərbaycan nümayəndə heyətinin kəskin etirazına səbəb olub.

Deputat Aydın Mirzəzadə sessiyada çıxış edərək deyib ki, o, yeni ittifaqa daxil olan ölkələrin vətəndaşlarının 2015-ci ilin yanvarından etibarən Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə Azərbaycanın icazəsi olmadan səfər etməyə başlayacaqlarından ehtiyatlanır.

Forumun təşkilatçılarının, o cümlədən Tatarıstan hakimiyyətinin bu hadisəyə münasibəti isə özünəməxsus və qeyri-adi olub. Onlar Qarabağın xəritədə Azərbaycanın tərkibindən çıxarılmasına heç cür ağlabatan izah verə bilməyib və Azərbaycan tərəfinə bu xəritədə korrektələr etməyi məsləhət görüblər.

Forum öz işini Bu gün başa çatdıracaq.

  • Yazılıb
  • da (də) 2014 Nov 29