Tarix : 2014 Nov 26
Kod 44848

İslam İnqilabının Böyük Rəhbərinin İslam alimləri və mütəfəkkirləri qarşısındakı bəyanatı

Amerikalılar zahirdə anti-İŞİD koalisiyasının təşkili iddiasındadırlar, halbuki bu, ağ bir yalandır və bu koalisiyanın əsas hədəfi, müsəlmanlar arasında qarşıdurma və savaş törətməkdir ki, əlbəttə, öz hədəflərinə çatmayacaqlar

Arannews - İslam İnqilabının Böyük Rəhbəri Amerika və Avropanın müstəmləkəçi ölkələrinin İran İslam Respublikasını dizə çökdürmək üzrə səylərini nəticəsiz və uğursuz adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei bu gün “İslam alimlərinin nöqteyi-nəzərindən ifratçı-təkfirçi qrupların təhlükəsi” adlı beynəlxalq konqresdə iştirak edən din alimləri, mütəfəkkirlər və qonaqlar ilə görüşdə İran ilə altılıq arasındakı nüvə müzakirələrinə toxunaraq, vurğulayıblar: Nüvə məsələsində Amerika və Avropanın müstəmləkəçi ölkələri bir yerə toplaşıblar və hamı çalışır ki, İran İslam Respublikasını dizə çökdürsünlər, lakin eləyə bilmədilər və bilməyəcəklər də.

O həzrət sonra son illərdə təkfirçi cərəyanın bərpa olunmasını zalım qüvvələrin İslam Dünyası üçün hazırladıqları məsələ adlandıraraq, əlavə ediblər: Sionist rejim daxil olmaqla müstəmləkəçi dövlətlərin hədəfləri çərçivəsində xəbis təkfirçi cərəyanın hərəkətləri, əsas məsələ olan Fələstin və Məsciduləqsa məsələsinin unudulmasıdır.

İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: Fələstin məsələsi barədə ümumi tələb, ciddi-cəhd və təkfirçi cərəyanın bərpasında zalım qüvvələrin siyasətlərinin rolu haqda aydınlıqgətirmə və bu cərəyanın kökünün kəsilməsi üçün əhatəli, məntiqli və elmi bir hərəkatın yaradılması İslam Dünyasının din alimlərinin ən mühüm vəzifələrindəndir.

Həzrət Ayətullahuluzma Xamenei təkfirçi qruplar tərəfindən islami oyanışın yayındırılması, islami ölkələrin dəyərli infrastrukturlarının dağıdılması və İslamın imicinin pozulmasını Amerikanın və onun regiondakı müttəfiqlərinin hədəflərindən adlandıraraq, vurğulayıblar: Təkfir cərəyanı mübarizə üzrə ön cəbhəni, işğal olunmuş Fələstindən İraq və Suriya küçələrinə çıxarıb.

İslam İnqilabının Böyük Rəhbəri İraqda terrorçu İŞİD qrupu üçün hərbi təchizatların atılmasında Amerikanın nəqliyyat təyyarələrinin ardıcıl hərəkətlərinə işarə edərək, vurğulayıblar: Amerikalılar zahirdə anti-İŞİD koalisiyasının təşkili iddiasındadırlar, halbuki bu, ağ bir yalandır və bu koalisiyanın əsas hədəfi, müsəlmanlar arasında qarşıdurma və savaş törətməkdir ki, əlbəttə, öz hədəflərinə çatmayacaqlar.

O həzrət Qüdsü işğal etmiş rejimin nazirlər kabinetinin Fələstinin sionistləşdirilməsinin elan olunması üzrə son qərarı barədə də buyurublar: İsrail Qüds və Məsciduləqsanı ələ keçirmək və fələstinliləri daha artıq zəiflətmək istəyir və bütün müsəlman xalqlar, həmçinin din alimləri öz dövlətlərindən Fələstin məsələsini tələb etməli və izləməlidirlər.

Həzrət Ayətullahuluzma Xamenei İran xalqının Fələstin xalqını dəstəkləməsinin davam etdiyini vurğulayaraq, söyləyiblər: İran İslam Respublikası Livandakı şiə Hizbullaha kömək etdiyi kimi, Həmas, İslami Cihad və Fələstində sünni əhlinin digər qruplarına da yardım edəcək.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin Qəzzədə fələstinlilərin gücləndirilməsini İranın Fələstinə yardımlarının bir nümunəsi adlandıraraq, vurğulayıblar: Qərb sahili silahlanmalı və müdafiəyə hazır olmalıdır və bu iş mütləq həyata keçiriləcək. 

  • Yazılıb
  • da (də) 2014 Nov 26