Tarix : 2014 Nov 26
Kod 44842

QMİ Sədri Iran Islam Respublikasinin Ali Lideri Ayətullah əl-üzma Seyid Əli Xamenei ilə görüşüb

görüş zamanı İran Islam Respublikasinin rəhbəri İslam aləmini təhdid edən dini radikalizm və ekstremizm problemləri və ondan çıxış yolları haqqında öz fikirlərini açıqlayıb

Arannews - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İrana səfəri çərçivəsində Iran Islam Respublhkasinin Ali Lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb .

Görüşdə din adı ilə törədilən cinayətlərin İslamla heç bir əlaqəsi olmadığı və belə halların İslama və bütün bəşəriyyətə qarşı bir təxribat olduğu vurğulanıb.

görüş zamanı İranın Ali Lideri İslam aləmini təhdid edən dini radikalizm və ekstremizm problemləri və ondan çıxış yolları haqqında öz fikirlərini açıqlayıb.

İran səfəri çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə Ayətullah əl-üzma Məkarim Şirazi ilə də təkbətək görüş keçirib.

QMİ sədri səmimi qəbula görə Ayətullah Məkarim Şiraziyə öz minnətdarlığını bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. A.Paşazadə Azərbaycanla İran arasındakı qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını qeyd edib. O, vurğulayıb ki, bu münasibətlərin möhkəmlənməsində iki qardaş xalqın ortaq dini dəyərləri bölüşməsi mühüm rol oynayır.

Ayətullah Məkarim Şirazi öz növbəsində dəvəti qəbul edib Beynəlxalq konfransa qatıldığına görə Şeyxülislam Allahşükür Paşazadəyə öz minnətdarlığını bildirib və Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmasını xahiş edib.

Sonra QMİ sədri ilə Ayətullah əl-üzma Cəfər Sübhani arasında təkbətək görüş baş tutub. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, noyabrın 25-də Şeyxülislam Allahşükür Paşazadə İran səfəri başa çatıb və QMİ sədri Azərbaycan Respublikasına qayıdıb.

  • Yazılıb
  • da (də) 2014 Nov 26