Tarix : 2014 Nov 26
Kod 44840

Azərbaycanlı vəhhabiləri birləşirlər

Bu qrupun hazırda 1195 üzvü var

Arannews - Facebook sosial şəbəkəsində “Əxilər” adlı səhifə yaradılıb. Bu səhifədə sələfi, xəvaric, təkfirçi qrupların üzvləri aktivlik nümayiş etdirirlər. Eyni zamanda, Əbu-Bəkr məscidinin imamı Hacı Qamət Süleymanovun video çıxışları yayımlanır. Bu qrupun hazırda 1195 üzvü var. “Əxi” ifadəsi vəhhabilərdə “qardaş” xitabıdır.

Onlar bir-birinə “əxi” deyə müraciət edirlər. Artıq sosial şəbəkələrdə fəallaşan vəhhabilər görünür, yeni kurs götürüblər. Buna qədər cəmiyyətdən qaçan, təmas qurmağa meylli olmayan, özünü təcrid edən bu təriqət üzvləri inteqrasiya xəttini seçiblər. Sosial şəbəkələrdə onların fəallığından isə aydın etmək olur ki, sayca düşündüyümüzdən daha çoxdurlar.

  • Yazılıb
  • da (də) 2014 Nov 26