Tarix : 2014 Nov 26
Kod 44838

Ermənistanda tankdan erməni hərbçilərə atəş açılıb

atəş nəticəsində bir erməni hərbçi ölüb, digəri isə yaralanaraq yerli tibbi müəssisələrin birinə yerləşdirilib

Arannews - Ermənistanda tankdan erməni hərbçilərə atəş açılıb.

Noyabrın 24-də Ermənistan silahlı qüvvələrinin Tavuş rayonunda yerləşən hərbi hissələrindən birində    T-72 tankından açılan atəş ermənilər üçün faciə ilə nəticələnib.

Qəfil atəş nəticəsində bir erməni hərbçi ölüb, digəri isə yaralanaraq yerli tibbi müəssisələrin birinə yerləşdirilib.

Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.

  • Yazılıb
  • da (də) 2014 Nov 26