Tarix : 2014 Nov 24
Kod 44818

Azərbaycan Respublikası Baş nazirinin müavini İran İslam Respublikasına səfər edib

Səfər çərçivəsində Ə. Həsənovun İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi, vitse-prezidentlər İshaq Cihangiri və Seyid Məhəmmədəli Şəhidi ilə görüşləri nəzərdə tutulub

Arannews - Baş nazirin müavini İranın vitse-prezidentləri ilə görüşəcək

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ötən gün İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbbinin dəvəti ilə Tehrana səfər edib.

Səfər çərçivəsində Ə. Həsənovun İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi, vitse-prezidentlər İshaq Cihangiri və Seyid Məhəmmədəli Şəhidi ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə ediləcək.

  • Yazılıb
  • da (də) 2014 Nov 24