Tarix : 2014 Nov 23
Kod 44802

işğalçılıq siyasətə haqq qazandırmaq

Türkiyə-Ermənistan sərhəd qapılarının möhürlü olması Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin nəticəsidir. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün o qapılar həmin vaxt bağlanıb.

AranNews- Hrant Dink Vaqfının təşkilatçılığı ilə bu  gün Ankara Universitetində başlayan və 2 gün davam edəcək "Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda keçirilən beynəlxalq konfransa münasibət bildirən Cümhuriyyət Xalq Partiyasının Adana millət vəkili, Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə Xarici İşlər Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri Faruk Loğoğlu bildirib.
F. Loğoğlu deyib ki, bu cür konfransların Türkiyənin rəsmi xarici siyasətinə heç bir təsiri yoxdur, olmamalıdır və ola bilməz: "İşğal faktı aradan qaldırılmayıb. İndi sərhədlərin açılması barədə hər hansı söhbətin getməsi Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaqdır. Türkiyə Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz geri çəkilsin. Amma Ermənistan bu xəbərdarlıqlara və torpaqların işğaldan azad edilməsi barədə beynəlxalq təşkilatların qəbul etdiyi qərarların heç birinə əməl etməyib. Ona görə də Türkiyənin belə konfranslar nəticəsində möhürlü qapıları açmaq barədə düşünməsi Ermənistanı işğalçı siyasətini genişləndirilməsi istiqamətində cəsarətləndirə bilər. Digər tərəfdən, işğal edilmiş torpaqlar qardaş Azərbaycanın torpaqlarıdır. "Möhürlü qapılar” adı altında konfranslar nəticəsində Türkiyənin rəsmi siyasətinə dəyişikliklər edilməsi qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin kəskinləşməsinə və pisləşməsinə səbəb ola bilər. Bu da qəbuledilməz durumdur”.

  • Yazılıb
  • da (də) 2014 Nov 23