Tarix : 2014 Nov 22
Kod 44798

QAT , Ermənistan Olimpiya Komitəsinin nümayəndə heyətinin Bakıya səfərinə etiraz edib

işğalçı ölkənin nümayəndələrinin Bakıya dəvət olunması beynəlxalq təşkilatların ermənipərəst mövqeyinin və oyunbazlıqlarının, həmçinin Azərbaycan hakimiyyətinin qətiyyətsizliyinin və zəifliyinin nəticəsidir

Arannews - Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistan Olimpiya Komitəsinin nümayəndə heyətinin Bakıya səfərinə qəti şəkildə etiraz edib.

 “Ermənistan işğalçı dövlətdir, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycan torpaqlarını işğal altında, 4 mindən artıq azərbaycanlını girovluqda və əsirlikdə saxlayır, ata-baba yurdlarına getmək istəyən azərbaycanlıları həbs edərək saxlayıb, onlardan Həsən Həsənovu vəhşiliklə qətlə yetirib, Dilqəm Əsgərov və Şahbaz Quliyevə isə dəhşətli işgəncələr verib, indi onların üzərində saxta ”məhkəmə prosesi" qurub. Belə bir ölkəyə dünya birliyində, sivil ölkələr arasında yer ola bilməz. İyirmi birinci əsrdə orta əsr qaydaları ilə yaşayan, vəhşi, barbar bir ölkəyə heç bir halda bəraət yoxdur"-deyə, təşkilatın bəyanatında bildirilib.

QAT bəyan edib ki, işğalçı ölkənin nümayəndələrinin Bakıya dəvət olunması beynəlxalq təşkilatların ermənipərəst mövqeyinin və oyunbazlıqlarının, həmçinin Azərbaycan hakimiyyətinin qətiyyətsizliyinin və zəifliyinin nəticəsidir: “Ermənistana bu cür loyal münasibət yolverilməzdir, bu vəhşi və terrorçu dövlət bütün beynəlxalq təşkilatlar və layihələrdən, beynəlxalq tədbirlərdən təcrid olunmalıdır.

 Biz Ermənistan nümayəndə heyətinin dərhal rədd olub getməsini tələb edirik. Biz gün ərzində bütün imkanlardan istifadə edəcəyik ki, düşmən ölkənin nümayəndəlıəri Bakını tərk edib getsinlər. Bu idman məsələsi deyil, Azərbaycanı işğalçı Ermənistan qarşısında alçaltmaq, təslimçi sülhə təhrik etmək cəhdidir. İşğalçı Ermənistana heç harda, o cümlədən idmanda yer yoxdur. Biz erməniləri Bakıya dəvət edənləri 30 min şəhidimizin ruhları qarşısında lənətləyirik.  Biz beynəlxalq təşkilatlardan bu cür oyunbazlıqlara son qoyulmasını tələb edirik”.

  • Yazılıb
  • da (də) 2014 Nov 22