Tarix : 2014 Nov 20
Kod 44777

hicab məhbusu: Mübarizəmiz davam edir

Azərbaycan Respublikasında hicab qadağası tam ləğv edilməyib

Arannews - Keçmiş hicab məhbusu deyir ki,  hələ də Azərbaycan Respublikasında hicab qadağası tam ləğv edilməyib. Buna görə də hüquqi müstəvidə mübarizə davam etdiriləck.

İslaminsesi saytına müsahibədə keçmiş məhbus Aydın Məmmədov deyib: Məhkumluq həyatının geridə qalmasına baxmayaraq, uğrunda mübarizə apardığımız məsələlər hələ öz həllini tapmayıb. Hələ də onlarla əqidə dostumuz , ruhanilərimiz həbsdədir. Hicab problemi də tam həllini tapmayıb. Bu qadağa əslində qanunların pozulması deməkdir.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilən keçmiş hicab məhbusu xatırladıb: Hüquqi müstəvidə mübarizəmizi haqq işimiz nəticə verənə qədər davam etdirəcəyik. 

  • Yazılıb
  • da (də) 2014 Nov 20