Tarix : 2014 Nov 19
Kod 44770

Erməni qadın: Qarabağ bizim torpağımız deyil

son zamanlar Ermənistan silahlı qüvvələrinin verdiyi ağır itkilər erməniləri nəhayət həqiqətin gözünə baxmağa məcbur edib

Arannews -  "Qarabağ bizim torpağımız deyil. Niyə mənim oğlum orada ölməlidir?"- bunu Ermənistanda əsgər analarının keçirdikləri etiraz aksiyasında Gövhər Saroyan deyib. SİA-nın verdiyi məlumata görə, son zamanlar Ermənistan silahlı qüvvələrinin verdiyi ağır itkilər erməniləri nəhayət həqiqətin gözünə baxmağa məcbur edib.

Görünən budur ki, cəbhədə ermənilərin itkilərinin sayı artıqca Gövhər Saroyan kimi həqiqəti dilə gətirənləri də çoxalacaq. Və yaxşı olardı ki, Ermənistandakılar Saroyan kimilərin təcrübəsindən dərs çıxarsınlar. Ancaq oğulları gedib Qarabağda öldürüləndən sonra deyil, öncədən bu həqiqəti ucadan desinlər. Onda hərbi xuntanın onların övladlarını özlərinin olmayan torpaqlara əsgərliyə göndrəməyə cəsarəti çatmaz.

  • Yazılıb
  • da (də) 2014 Nov 19