Tarix : 2014 Nov 19
Kod 44765

Iran Azərbaycanla əməkdaşlığı genişləndirəcək

İran və Azərbaycan mədənlər, polad və avtomobil sənayesi sahəsində əməkdaşlığı genişləndirəcəklər

Arannews -  İran və Azərbaycan mədənlər, polad və avtomobil sənayesi sahəsində əməkdaşlığı genişləndirəcəklər.

 Bunu açıqlamasında İranın mədənlər, ticarət və sənaye nazirinin müavini Cəfər Serqeyni deyib.

C.Serqeyni noyabrın 18-də Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevlə görüşdüyünü bildirib: "Görüşlərdə razılaşdıq ki, iki ölkə əməkdaşlıq prespektivlərini araşdırsın və İranın mədənlər, ticarət və sənaye naziri Məhəmmədrza Nemətzadənin noyabrın 26-da Bakıya səfəri zamanı müzakirələr aparılsın".

Onun sözlərinə görə, fövqəladə hallar və mədənlərin təhlükəsizliyinin təmini sahəsində də iki ölkənin əməkdaşlığı üçün geniş potensial var: “Fövqəladə Hallar Nazirliyində müzakirələrimiz zamanı razılaşdıq ki, mədənlərin təhlükəsizliyinin təmini sahəsində iki ölkə bir-biri ilə təcrübə mübadiləsi aparsın”.

Nazir müavini qeyd edib ki, İran və Azərbaycan sənaye və mədənlər sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: “Mədənlər, ticarət və sənaye naziri Məhəmmədrza Nemətzadənin Azərbaycana səfəri zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı məqsədi ilə anlaşma memorandumunun imzalanacağı gözlənilir”.

C.Serqeyni Azərbaycan investorlarını İranın mədənlər sahəsinə sərmayə yatırmağa dəvət edib: "Xarici investorların, xüsusilə azərbaycanlı qardaşlarımızın ölkəmizdə mədənlər sahəsinə investisiya yatırmasında heç bir məhdudiyyət yoxdur"

  • Yazılıb
  • da (də) 2014 Nov 19