Tarix : 2014 Nov 18
Kod 44753

Bakıda İran İslam Respublikası məhsulları sərgisi

3 gün davam edəcək bu sərgi, İran məhsulları ilə tanış olmaq üçün yaxşı fürsət sayılır

Arannews - Bu gün Bakıda İran İslam Respublikası məhsulları sərgisi açılıb.

Bu sərgidə İrandan 40 tanınmış şirkət öz məhsullarını nümayiş etdirir. Sərgidə nümayiş etdirilən məhsullar əsasən sənaye, kənd təsərrüfatı, tikinti materialları, təsərrüfat malları, xalça, kimya sənayesi məhsulları və avtomobildən ibarətdir. 3 gün davam edəcək bu sərgi, İran məhsulları ilə tanış olmaq üçün yaxşı fürsət sayılır. İranın sənaye və mədən nazirinin müavini Cəfər Sərqini sərginin açılış mərasimində iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasına işarə edərək, deyib: İki ölkə başçılarının son görüşü və müştərək iqtisadi komissiyanın uğurla keçirilməsi, əlaqələrin iqtisadiyyat və ticarət sahələrində inkişafına zəmin  yaradıb.

  • Yazılıb
  • da (də) 2014 Nov 18