Tarix : 2014 Nov 17
Kod 44748

AİP lideri Mövsüm Səmədovun məhkəməsi təxirə salındı

Bu barədə AzadXeber.az-a AİP-in Mətbuat Xidmətindən məlum verilib
AİP lideri Mövsüm Səmədovun bu gün keçirilməsi nəzərdə tutulan məhkəməsi təxirə salınıb. Bu barədə AzadXeber.az-a AİP-in Mətbuat Xidmətindən məlum verilib. Məlumata görə, noyabrın 17-də saat 10-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məhkəmə prosesi keçiriləcəkdi. Amma məhkəmə noyabrın 24-ü, saat 11.20-yə təxirə salınıb.
Qeyd edək ki, oktyabrın 9-da AİP-in lideri Mövsüm Səmədovun Qobustana köçürülməsi ilə bağı məhkəmə prosesi keçirilib. Hakimin qərarı ilə AİP liderinin 2 il müddətinə Qobustanda qalması qərarı verilib.
Mövsüm Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın baş məclisində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi çıxışdan 5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə AİP lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov12 il azadlıqdan məhrum edilib.

  • Yazılıb
  • da (də) 2014 Nov 17