Tarix : 2014 Nov 15
Kod 44721

Iran və Azərbaycan arasında əməkdaşlıq üzrə çoxlu sayda zəminlərə təkid olunub

Heç bir ölkə İran qədər Azərbaycan Respublikası üçün tarixi, iqtisadi, ictimai və mədəni ortaqlıqlara malik deyil

Arannews - İran prezidenti ofisinin sədri və İran Prezident Administrasiyasının başçısı deyib ki, İran iqtisadiyyatını mühasirə və sanksiya etmək olmaz.

İran prezidenti ofisinin sədri Məhəmməd Nəhavəndiyan  deyib: Vəziyyət elə deyildir ki, İran iqtisadiyyatı sanksiya edənlər tərəfindən sanksiyaların götürülməsini gözləmiş olsun və qonşularla əlaqələrin idarə olunmasında da vəziyyət elə deyildir ki, hətta əgər sanksiya edənlər bir zaman gördükləri yuxuları reallaşdıra bilmiş olsunlar.

İran prezidenti ofisinin sədri ölkə prezidentinin Azərbaycan Respublikasına olmuş ikigünlük səfərinə işarə edərək, əlavə edib: Bizim Azərbaycan Respublikası ilə fəal diplomatiyamız bir il bundan öncədən başlanıb və prezidentin Bakıya son səfəri bizim bu ölkə ilə fəal diplomatiya silsiləsindən dördüncü halqadır.

 Nəhavəndiyan Azərbaycanla müxtəlif sahələrdə bir neçə aylıq müzakirələrin razılaşmaya çevrildiyini bildirərək, söyləyib: Bank işləri, İran dəmir yolunun Azərbaycan Respublikasına qovuşması və İran ilə Avropa arasında nəqliyyat üçün tranzit koridorunun açılması kimi sahələrdə tərəflər arasında razılıqlar əldə olunub.

İran Prezident Administrasiyasının başçısı söyləyib: Heç bir ölkə İran qədər Azərbaycan Respublikası üçün tarixi, iqtisadi, ictimai və mədəni ortaqlıqlara malik deyil. O, əlavə edib: Biz ortaq tarix və adət-ənənəyə malikik və enerji sahələrində strateji ortaqlıqlara malik ola bilərik.

 Nəhavəndiyan sonra deyib: Keçmişdən və Azərbaycan Respublikasının istiqlaliyyətindən sonra iki ölkə əlaqələrində eniş-yoxuşların şahidi olmuşuq, amma Bakının yüksək vəzifəli rəsmilərinin bildirdikləri kimi, ötən illər ərzində heç vaxt əlaqələr səviyyəsi hazırkı yaxşı həddə olmayıb və əksər məsələlərdə fikir birliyi mövcuddur və bu, İran İslam Respublikasının ötən il boyu başladığı siyasətin təkcə bir nümunəsidir və o da qonşularla fəal və məqsədyönlü diplomatiyadır.

  • Yazılıb
  • da (də) 2014 Nov 15