Tarix : 2014 Nov 13
Kod 44692

Tehran-Bakının münasibətləri və əməkdaşlıqlarının maksimum şəkildə artırılması üçün addımlar atilib + FOTO

İran İslam Respublikası prezidenti cənab Həsən Ruhani Bakıda Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən rəsmi şəkildə qarşılanıb.

AranNews- İran və Azərbaycan Respublikası prezidentləri iki ölkənin yüksək səviyyəli heyətlərinin müştərək iclasında Tehran və Bakının bütün sahələrdə münasibətlərinin maksimum şəkildə genişləndirilməsini vurğulayıblar.
İran İslam Respublikası prezidenti cənab Həsən Ruhani Bakıda Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən rəsmi şəkildə qarşılanıb.
Cənablar Ruhani və Əliyev rəsmi qarşılanma mərasimi bitdikdən dərhal sonra müzakirələr məkanına daxil olub və danışıqlara başlayıblar.
İran və Azərbaycan prezidentləri iki ölkənin yüksək səviyyəli heyətlərinin müştərək iclasında Tehran-Bakının bütün sahələrdə münasibətlərinin maksimum şəkildə genişləndirilməsini vurğulayıblar.
Höccətülislam Ruhani bu iclasda Azərbaycan Respublikası prezidenti ilə dördüncü görüşünə toxunaraq deyib: Bu görüşlərdə Tehran-Bakının münasibətləri və əməkdaşlıqlarının maksimum şəkildə artırılması üçün addımlar atmışıq və iki ölkənin potensiallarından iki xalqın mənafeyi istiqamətində istifadə etmək üçün qətiyyətliyik.
İran İslam Respublikası və Azərbaycan Respublikasının ikitərəfli əməkdaşlıqlar səviyyəsinin yüksəldilməsi üçün çoxlu potensiallara malik olduqlarını bildirən İran prezidenti deyib: İki ölkə iqtisadi və mədəni sahələrdə və siyasi və beynəlxalq məsələlərdə saysız potensiallara malikdirlər və onları icra mərhələsinə gətirməliyik.
Cənab Ruhani ümidvarlıq edib ki, bu səfərdə iki ölkə bütün sahələrdə fikir mübadiləsi aparacaq və öz münasibətlərini daha da yüksəldəcək.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev də bu görüşdə İran və Azərbaycan Respublikası xalqlarının ortaqlıqlarına toxunaraq deyib: Azərbaycan Respublikası hökuməti iki ölkə və iki xalqın bütün sahələrdə münasibətlərinin daha da yaxınlaşmasına xüsusi diqqət göstərir.
Rəsmi görüşlər və İran və Azərbaycan əməkdaşlıqlarının genişləndirilməsi məqsədilə Bakıya səfər etmiş cənab Ruhani Bakıda Heydər Əliyev Hava Limanında jurnalistlərə deyib: Azərbaycan Respublikası İran İslam Respublikası üçün çox yaxşı qonşudur və hazırda bizim münasibətlərimiz əvvəlki illərdən yaxşıdır.
İran prezidenti xatırladıb: Azərbaycan Respublikası prezidentinin son Tehran səfəri iki ölkə münasibətlərində dəyişikliyə səbəb oldu və bu səfər çərçivəsində Tehran-Bakı münasibətlərinin möhkəmlənməsi sürətlənəcəkdir.
Ruhani Tehranı Bakı istiqamətində tərk etməzdən öncə jurnalistlərə verdiyi açıqlamada əvvəldən elan etdiyi kimi 11-ci hökumətinin önəmli siyasətlərindən birinin qonşu ölkələrlə sıx münasibətlərin yaradılması olduğunu bəyan edərək deyib: Azərbaycan Respublikası qonşuluqdan əlavə, İranla müştərək mədəni, sivilizasiya, məzhəb ortaqlığa malikdir və bu ölkə ilə yaxın münasibətlər İran üçün yüksək əhəmiyyət kəsb edir.
Cənab Ruhanini bu səfərdə prezident ofisinin rəhbəri Məhəmməd Nəhavəndian, prezidentin xüsusi köməkçisi Hüseyn Firidun, neft, xarici işlər, yol və şəhərsalma, rabitə və informasiya texnologiyaları, iqtisadi məsələlər və maliyyə, gənclər və idman nazirləri və Mərkəzi Bankın baş direktoru müşayət edirlər.

  • Yazılıb
  • da (də) 2014 Nov 13