Tarix : 2014 Nov 12
Kod 44678

Qərb mediası Obamanın Ali Məqamlı Rəhbərə məktubunun detallarını yaydı

Siz bu iş üçün bizə icazə verin!

Washington Post qəzetinin yazdığına görə ABŞ prezidenti Barak Obama ötən ayın ortalarında İranın Ali Dini Lideri Ayətullah Əli Xameneyiyə gizli məktub göndərib. Məktubda ABŞ və İranın ortaq maraqlara malik olması vurğulanmaqla yanaşı Ali Dini Liderdən ABŞ-ın regionda iştirakına icazə verilməsi və İŞİD-in məhv edilməsində birgə əməkdaşlığı istənilib. 

"AranNews"- in məlumatına əsasən, Obamanın Ali Məqamlı Rəhbərə məktububu İranın regiondakı gücünü bir daha sübut etdi. BBC-nin verdiyi xəbərdə Ağ Evin bu mövzunu nə təkzib və nə təsdiq etdiyi bildirilir. Sionist rejiminin Haartes qəzeti isə yazıb ki, Ağ Evin mətbuat katibi Coş Ernest bu məsələyə müəmmalı yanaşıb və Obamanın məktbunu müzakirə edəcək səlahiyyətində olmadığını deyib.
Halbuki, bir ABŞ rəsmisinə əsasən, məktubda ABŞ-ın İŞİD-lə mübarizəsi məqsədilə Yaxın Şərqdə iştirakına icazə istənilib və bu mövzunun İranın da xeyrinə olacağı bildirilib. Onun dediklərinə görə Obama məktubda yazıb: "Biz yalnız İŞİD-lə mübarizə aparmaq üçün ordayıq (Yaxın Şərqdə). Siz bu iş üçün bizə icazə verin! Çünki bu sizin də xeyrinizədir".
Farin Palisi də bu xəbəri əks etdirərək İranın strategiyasının əhəmiyyətindən yazıb.
Sionist rejimin və ABŞ Demokrat Partiyasının bu məsələyə görə qəzəblənmələri İranın regiondakı gücünə bir növ etirafdır. Haartes qəzeti Obamanın Ali Məqamlı Rəhbərə məktub xəbərinin ardınca artırıb: "İsrailin Washington Post qəzeti vasitəsilə məktubdan xəbər tutması Beytul-müqəddəs (Yerusəlim)" və ABŞ arasında dərin etimadsızlığın olduğunu göstərir".
Obamanın Ali Məqamlı Rəhbərə məktubu İslami İranın öz daxili  bacarığına arxalanması hərəkatının daha artıq güclənməsinə və ABŞ qarşısında özünəgüvənc və qüdrətlə dayana bilməsinə səbəb ola bilər.

  • Yazılıb
  • da (də) 2014 Nov 12