Tarix : 2014 Nov 07
Kod 44615

İran İslam Respublikası Prezidentinin Bakı səfəri

Qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və yaxşılaşdırılması İranda il yarımdır ki, hakimiyyət başında olan Ruhaninin xarici siyasətinin əsas prinsiplərindən biridir.

AranNews- İran prezidentinin 2014-cü ilin sonunadək Bakıya gəlcəyi hələ Azərbaycan prezidenti İlham Əliyev İranda olarkən razılaşdırılmışdı. Azərbaycanlı həmkarı ilə görüşən Həsən Ruhani iki ölkənin münasibətlərindən yüksək razılıq etmişdi. İlham Əliyevin İran səfərindən sonra siyasi ekspertlər də demişdilər ki, İlham Əliyevin hakimiyyəti dövründə iki ölkənin münasibətləri görünməmiş həddə yaxşılaşıb.
Prezidenti İlham Əliyevin İranda səfərdə olarkən bildirmişdi ki, qardaş İran torpağında olmağından çox məmnundur.
İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı iki ölkə arasında 10 sənəd imzalanacaq.
Həsən Ruhaninin Bakı səfərində də siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat və turizm kimi geniş sahələrdə o cumlədən : Azərbaycandan elektrik enerjisinin alışı, sərhəd çaylarından istifadə yolları, gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşıma, qaz, enerji, turizm və ticarət sahələrində əməkdaşlığın müzakirə obyekti olacağı gözlənilir.
bu səfərdə H.Ruhanini İranın Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Gilan əyalətlərindən özəl sektor nümayəndələri müşayiət edəcəklər.
Prezidentlərin əvvəlki səfərini izləyən siyasi şərhçi Bəhram Əmirəhmədi düşünür ki, Həsən Ruhaninin toxunacağı əsas məsələ viza sistemi, gediş-gəliş əlaqələrinin daha da yaxşılaşdırılması olacaq.
siyasi şərhçi Bəhram Əmirəhmədi deyir ki, ticarət sahəsində iki ölkə arasında alış-veriş çox yuksəkdir: “Amma bu sahədən biz çox faydalana bilmirik. Ona gorə bu istiqamətdə mövcud qanunlarda olan maneçilikləri aradan qaldırmaq lazımdır. Fikirmcə, səfər zamanı bu mövzular barəsində müzakirə aparılacaq. Bundan başqa İran ciddi şəkildə çalışır ki, enerji və tranzit sahəsində də Azərbaycanla əməkdaşlığı artırsın”.
Rəsmi Bakı düşünür ki, ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir. Beləliklə, dövlət başçılarının dediyi kimi, Azərbaycan və İran arasında əlaqələrin bütün səviyyələrdə inkişafı üçün heç bir maneə yoxdur və səfərlərin sayı özlüyündə bir göstəricidir.
Bu, Həsən Ruhaninin prezident kimi Azərbaycana ilk rəsmi səfəri olsa da, o, əvvələr Bakıda oulb. 20 ildən çox Ali Təhlükəsizlik Şurasının üzvü olan Ruhani Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycana gəlib. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən Ruhaninin bu il ərzində indiyədək bir neçə dəfə görüşüb. İlham Əliyev Tehranda rəsmi səfəri isə aprelin 9-da gerçəkləşmişdi.

  • Yazılıb
  • da (də) 2014 Nov 07