Tarix : 2014 Nov 01
Kod 44548

Orta məktəb dərsliyində daha bir biabırçı Səhv

Badu-Kubənin mənzərəli yerində özünə bir saray tikdir

Arannews - Sosial şəbəkələrdə dərsliklərdən maraqlı bir foto paylaşılıb.

fotonun 5-ci sinif “Ata Yurdu” (Tarix) kitabından çəkildiyi bildirilir.

Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdirdiyi kitabda qeyd olunur ki, Şirvanşah İbrahim qocalanda oğlu Xəlilullahı yanına çağırıb vəsiyyət edir. İbrahim şah oğluna deyir ki, “Badu-Kubənin mənzərəli yerində özünə bir saray tikdir. Metronun “İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır”.

Qeyd edək ki, Şirvanşah İbrahim Şirvanşahlar dövlətinin 34-cü hökmdarı olub. İbrahim şah 1382-1417-ci illərdə hökmdarlıq edib. Ondan sonra taxta əyləşən oğlu Xəlilullah isə 1465-ci ilə kimi şah olub. Həmin vaxt isə nə Bakıda metro vardı, nə də “İçərişəhər” stansiyası...

Kitabda isə XV əsrin əvvəllərində yaşayan İbrahim şahın “İçərişəhər” metro stansiyası haqda danışması qeyd edilib.

  • Yazılıb
  • da (də) 2014 Nov 01