Tarix : 2014 Nov 01
Kod 44546

Sərhəd Biləsuvar Terminalının müsafir salonu açılıb

sərhəd Biləsuvar Terminalının təkmilləşməsi və genişlənməsi ilə iki ölkə vətəndaşları üçün daha yaxşı imkanlar yaranacaq və müsafirlərin gediş-gəlişləri üçün şərait asanlaşacaqdır

Arannews - İranın yol və şəhərsalma nazirinin müavini və Yol Xidmətləri və Şose Nəqliyyatı Təşkilatının sədri deyib: Ümid edirik ki, sərhəd Biləsuvar Terminalının təkmilləşməsi və genişlənməsi ilə iki ölkə vətəndaşları üçün daha yaxşı imkanlar yaranacaq və müsafirlərin gediş-gəlişləri üçün şərait asanlaşacaqdır.

Davud Keşavərziyan Sərhəd Biləsuvar Terminalının müsafir salonunun açılış mərasimində dövlətin siyasətinin dünya ölkələri, xüsusən qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi olduğuna işarə edərək, söyləyib: İran yeddi ölkə ilə həmsərhəd olduğuna görə, özəl tranzit mövqeyinə malikdir.

Keşavərziyan əlavə edib: Hər il İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında təqribən 135 min yük maşını gediş-gəliş edir ki, bu miqdardan 50 min yük maşını Biləsuvar sərhədindən keçir.

O, Biləsuvar sərhədini ölkənin fəal sərhədlərindən biri adlandıraraq, söyləyib: Mövcud statistikalara əsasən, hər il bir milyondan yuxarı müsafir bu şəhrestan sərhədindən keçib gedir.

Keşavərziyan İranın Azərbaycan Respublikası ilə əlaqələri genişləndirməyə maraqlı olduğunu bildirərək, deyib: Azərbaycan Respublikası İran-Rusiya ticarət mübadilələri səviyyəsinin artırılmasında böyük rol oynaya bilər.

O, ümidvarlıq edib ki, İran və Azərbaycanın səyləri nəticəsində qarşılıqlı iqtisadi və ticari əlaqələrin daha da genişlənməsinin şahidi olacağıq.

  • Yazılıb
  • da (də) 2014 Nov 01