Sizin bu əzəmətli toplantınız vəhhabilər və ermənilər qarşısında iqtidar nişanəsi olacaq
Arannews - Ərdəbilin imam cüməsi Ayətullah Amili, cümə namazı xütbəsində
Azərbaycanın iri-iri şəhərlərində imam Hüseyn (ə) əzadarlarının əzəmətli
toplantısına hazırlıq işləri görməklə məşğul olan Azərbaycan dindarlarına təşəkkür
edib.
O bildirib ki,"Sizin bu əzəmətli toplantınız vəhhabilər və ermənilər
qarşısında iqtidar nişanəsi olacaq.Bir daha sübut edəcək ki, Azərbaycanda
Hüseyn (ə) təfəkküründən başqa digər təfəkkürlərə yer yoxdur və Azərbaycanın həqiqi
sahibi elə İmam Hüseyn (ə)-dır".