Tarix : 2014 Oct 31
Kod 44536

hal-hazırda İran islam respublikasi nevrologiya üzrə dünyada ən öncül ölkəyə çevrilib

İranın "Əsas və Kliniki Nevrologiya Konqresi"nin rəisi İran İslam respublikasının nevrologiya sahəsində elmi inkişaf baxımından dünyanın lider ölkələrindən birinə çevrildiyini bildirib.

AranNews- Məhəmməd Təqi Coğatayi 3-cü Əsas və Kliniki Nevrologiya Konqresinin açılış mərasimində İranda tibb sahəsində yazılan məqalələrin dörddə birinin nevrologiya sahəsində olduğunu bildirərək, deyib: İran nevrologiya sahəsində elmi istehsalın 100%-lik artımının ardınca dünyada nevrologiya sahəsində elmin istehsalında öncül ölkəyə çevrilib.
Coğatayi daha sonra deyib: 2004-2012-ci illər ərzində İran , Çin və Cənubi Koreya bu sahədə ən yüksək inkişaf göstəricisinə malik olublar.
İranın Rifah və Reabilitasiya Universitetinin dekanı həmçinin deyib: İran hal-hazırda nevrologiya sahəsində elmi fəaliyyət baxımından Türkiyə ilə bərabər dünya ölkələri arasında 23-cü pillədə durur.

  • Yazılıb
  • da (də) 2014 Oct 31