Tarix : 2014 Oct 29
Kod 44528

dini kəsim özünü liberal adlandıran kəsimdən daha fanatik və daha güclüdür

Zamin Hacı "Facebook" sosial şəbəkəsində Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov və Hacı Tale Bağırovla bağlı status paylaşıb

Arannews - tanınmış yazar Zamin Hacı "Facebook" sosial şəbəkəsində Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov və Hacı Tale Bağırovla bağlı status paylaşıb.


"Allah qorxusu

İslam Partiyasının sədri Mövsüm Səmədovu, ruhani Abgül Süleymanovu zindanda karsa saldılar, sonra daha ağır rejimli Qobustan türməsinə göndərdilər. Hacı Taleh adlı gənc ruhani də cərimə kamerasına salınıb. Mümkündür ki, adları siyasi məhbus siyahılarında olan bu insanlara təzyiqlə əfv müraciəti yazdırmaq istəyiblər, alınmayanda qəzəbdən cəzaları ağırlaşdırılıb. Yanılmıramsa, dindarlar arasında hələ indiyəcən yapistlərdən əfv istəyib azadlığa çıxan olmayıb. Fakt budur ki, dini kəsim özünü liberal adlandıran kəsimdən daha fanatik və daha güclüdür. Ola bilsin Ramiz Mehdiyevin naqəfil Mirzə Cəlil, Sabir, "Molla Nəsrəddin" jurnalı məhəbbəti bu qorxudan doğulub."

  • Yazılıb
  • da (də) 2014 Oct 29