Tarix : 2014 Oct 29
Kod 44523

Azərbaycanlı deputat həbs edilib

Rusiyanın Komi Respublikasının Dövlət Şurasının deputatı Akif Sayadov həbs olunub

Arannews - Rusiyada azərbaycanlı deputat vəhabilərə görə həbs edilib .

Rusiyanın Komi Respublikasının Dövlət Şurasının deputatı Akif Sayadov həbs olunub.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Komi Respublikası üzrə İstintaq İdarəsi məlumat yayıb. Komi parlamentindən bildirilib ki, yerli deputatlar toxunulmazlığa malik olmadığı üçün bu cür həbslər təəccüb doğurmamalıdır.

A.Sayadov bir sıra iqtisadi cinayətlərdə və beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur. Qeyd edək ki, 63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Azərbaycanda - Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Dövlət Neft Akademiyasını) kimyaçı-texnoloq ixtisası üzrə bitirib. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2006-cı ilin martında “İntaneft” QSC-nin əvvəlcə baş, sonra isə icraedici direktoru təyin edilib. 2008-ci ilin yanvar-may aylarında “Geotex Menecment” holdinqdə biznesin inkişafı üzrə direktor işlədikdən sonra yenidən “Uxtaneftqazgeologiya” ASC-yə qayıdıb. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib. Hakim “Vahid Rusiya” fraksiyasının üzvüdür.APA

Xatırladaq ki, dünən Bəzi saytilar Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının ölkə ərazisində “İslam Dövləti” (İŞİD) üçün döyüşçülərin ələ alınıb cəlb edilməsi və bu qruplaşmanın maliyyələşdirilməsi mənbələrini üzə çıxarmaq üçün genişmiqyaslı əməliyyat başladıldığı barədə məlumat vermişdi. Əməliyyatın gedişində onlarla şübhəli həbs olunub. O cümlədən Moskvada İŞİD-ə qoşulan 6 azərbaycanlı saxlanılıb. Ehtimal ki, Akif Sayadov da bu işlə əlaqər saxlanılıb.

  • Yazılıb
  • da (də) 2014 Oct 29