Tarix : 2014 Oct 29
Kod 44519

İŞİD terror qruplaşmasının üzvü olan azərbaycanlı öldürülüb

42 yaşlı Tərtər rayon sakini bir müddət əvvəl Suriyaya döyüşə gedib

Arannews - Suriyada döyüşən İŞİD terror qruplaşmasının üzvü olan azərbaycanlı öldürülüb.

bu barədə sosial şəbəkədə məlumat yer alıb.

42 yaşlı azərbaycanlı Abdul Vahid adı ilə tanınıb. O, başından vurulub.

Həmin şəxsin Tərtər rayonundan olduğu vurğulanıb.

Belə ki, 42 yaşlı Tərtər rayon sakini bir müddət əvvəl Suriyaya döyüşə gedib. 

  • Yazılıb
  • da (də) 2014 Oct 29