Tarix : 2014 Oct 29
Kod 44518

Cəbhə xəttində erməni təxribatı davam edir

cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub

Arannews - Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.

Erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.


  • Yazılıb
  • da (də) 2014 Oct 29