Tarix : 2014 Oct 29
Kod 44515

İran islam respublikasindan Türkiyəyə yeni şərt

İranın quru tranzit və sərhəd-keçid məntəqələrinin baş direktoru Məhəmməd Cavad Atrçiyan Türkiyənin yük maşınlarına İran daxilində yanacaq satışını dayandıra biləcəklərini deyib.

AranNews- Atrçiyan bildirib ki, iki ölkə arasında tranzit mövzusundakı ixtilafları aradan qaldırmaq üçün aparılmış müzakirələrdə Türkiyəyə bir çox təkliflər verilib.

Onun sözlərinə görə, İranın təklifləri qəbul edilməsə, Türkiyədən gələn və tranzit ölkə kimi İranı seçən yük maşınlarına bu ərazilərdə yanacaq satılmasına icazə verilməyəcək.
Qeyd edək ki, Türkiyə İrandan gələn hər bir TIR-dan “torpaqbasdı” olaraq 100 kilometrə 50 avro rüsum alır və həmin maşınlara ölkə ərazisində yanacaq satılmasına icazə vermir.
İran da Türkiyədən gələn TIR-lardan 100 kilometrə 50 avro rüsum alır, amma onlara yanacaq satışına icazə verir. İranın Türkiyədən tələblərindən biri də yanacaq satışına icazə verilməsidir.
Türkiyədən gələn TIR-ların İrandan başqa alternativ yollar tapa biləcəyini dilə gətirən Atrçiyan bu yolun sürücülər üçün sərfəli olmayacağını və baha başa gələcəyini söyləyib.
Atrçiyan İrandan hərəkət edən TIR-ların Türkiyədən keçməyəcəyi təqdirdə alternativ yol kimi Ermənistan, Azərbaycan və Rusiyanı seçə biləcəyini deyib. Lakin o da bu yolun İrana heç bir halda sərf etmədiyini deyib.
İki ölkə arasındakı 16 milyard dollarlıq ticarət dövriyyəsinin olmasına toxunan Atrçiyan bu ticarətin həcminin böyük hissəsinin Türkiyənin İrana ixracatının hesabına formalaşdığını diqqətə çatdırıb. O, qeyd edib ki, əgər TIR-lar İran tərəfindən saxlanılarsa, Türkiyə böyük məbləğdə zərər görəcək.

  • Yazılıb
  • da (də) 2014 Oct 29