Tarix : 2014 Oct 28
Kod 44506

Şeyx Baqir Nimrə şiddətli işgəncələr edilir

Ayətullah Şeyx Baqir Nimrə səudiyyə zindanlarında işgəncə olunub

Arannews - Şeyx Baqir Nimr həbs edildiyi zaman yaralı idi və onun bədəninə dörd güllə dəymişdi.

Ayətullah Şeyx Baqir Nimrə səudiyyə zindanlarında işgəncə olunub.

bu barədə Münhendə Avropa-Ərəbistan İnsan Haqları Təşkilatının sədri məlumat verib.

Əli Əl-Dəbisi bildirib ki,"Mən Ərəbistanda həbsdə olduğum müddətdə işgəncələrə məruz qalırdım və gecələr işgəncə altında olan məhbusların iniltisi eşidilirdi.

Ərəbistan zindanlarında elektrik ilə işgəncə, döymə, tavandan asma, buzlu və qaynar suyun tökülməsi kimi müxtəlif işgəncə üsullarından istifadə olunur. İşgəncələr o qədər pisdir ki, insanların işgəncə altında ölümü mümkünsüz deyil. Şeyx Nimr də zindanda şiddətli işgəncəyə məruz qalıb.Şeyx Baqir Nimr həbs edildiyi zaman yaralı idi və onun bədəninə dörd güllə dəymişdi. Səudiyyə başçıları iki ay Şeyx Nimrin müalicəsi və güllələrin bədənindən çıxarılmasından çəkinirdilər.Biz Ərəbistan məhbəslərində çoxlu sayda işgəncəni qeydə almışıq. Şeyx Nimrin mühakiməsində Ərəbistanın daxili qanunlarına əsaslanan qanuni meyarlara belə riayət olunmadı.

Qeyd edək ki, Şeyx Nimr Əl-Nimr 2011-ci ilin fevralında Səudiyyə Ərəbistanının şərqində şiələrin məskunlaşdığı Qətif şəhərindəki geniş etirazlardan sonra 2012-ci ilin iyulunda həbs olundu.Səudiyyə məhkəməsinin hakimi oktyabrın 15-də 55 yaşlı Şeyx Nimr Əl-Nimr barəsində edam hökmü çıxardı. Bu görkəmli ruhaninin həbsi Ərəbistanın müxtəlif şəhərlərində bir neçə günlük etirazlara səbəb oldu.Etiraz aksiyalarında 20 nəfərdən yuxarı insan həlak oldu.

  • Yazılıb
  • da (də) 2014 Oct 28