Tarix : 2014 Oct 28
Kod 44498

müzakirələrdə sürətli bir dəyişiklik baş verməyəcək

“Azərbaycan və Ermənistan prezidentləri arasında müzakirələrinin davam etməsini faydalı hesab edirəm”.

AranNews- İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə münasibət bildirərkən deyib.

Səfir bildirib ki, bu müzakirələr göstərir ki, hər iki dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır: “Sülh və təhlükəsizlik bölgənin bütün dövlətləri üçün səmərəlidir, çünki bu amillər ölkənin inkişaf prosesini sürətləndirir. Baxmayaraq ki, mənim nəzərimcə sürətli bir dəyişiklik baş verməyəcək, Bakı və İrəvan arasındakı anlaşılmamazlıqların tədricən müzakirə olunmasını faydalı hesab edirəm. Ehtimal etmirəm ki, Minsk qrupu hər hansı dəyişiklik edə və bu münaqişənin həllində rol oynaya bilsin”.
İranlı diplomat onu da vurğulayıb ki, münaqişənin həlli üçün ən yaxşı yol regional səylərdir. Onun fikirincə, hər iki tərəfi müəyyən olunmuş tapşırıqlar əsasında konstruktiv müzakirələrin davam etdirilməsinə çağırmaq və müzakirələr üçün zaman təyin etmək lazımdır.

  • Yazılıb
  • da (də) 2014 Oct 28