Tarix : 2014 Oct 27
Kod 44488

İranın Ermənistana yardım etməsi yalan çıxdı

M. Əfğam : bu məlumat yalandır və həqiqəti əks etdirmir

Arannews -  İranın Ermənistana 2 milyard dollar yardım etməsi haqda bəzi xarici mətbuat orqanlarında dərc olunan məlumatlar yalan çıxdı.

Məlumata görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Mərziyyə Əfğam yazılanları təkzib edib.

M. Əfğam keçirdiyi həftəlik brifinqdə bildirib ki, bu məlumat yalandır və həqiqəti əks etdirmir. Nazirliyin rəsmisi jurnalistlərə tövsiyə edib ki, dəqiqləşdirilməmiş məlumatı yaymasınlar.

Xatırladaq ki, Ermənistan baş nazirinin Tehrana səfərindən sonra bəzi xarici mətbuat orqanlarında İranın bu ölkəyə 2 milyard dollar yardım edəcəyi barədə məlumat dərc olunmuşdu.

  • Yazılıb
  • da (də) 2014 Oct 27