Tarix : 2014 Oct 25
Kod 44470

İran və Azərbaycan arasında əməkdaşlıq genişlənir

İranın Qərbi Azərbaycan ostanı ilə Naxçıvan arasında əməkdaşlıq genişlənir

Arannews - İranın Qərbi Azərbaycan ostandarı Qurbanəli Səadət ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov arasında keçirilən görüşdə qarşılıqlı həmkarlıqların genişləndirilməsi vurğulanıb.

Gələn ilin fevral-mart aylarında Naxçıvanda İranın xüsusi sərgisinin keçirilməsi, Urmiyyə ilə Naxçıvan arasında qarşılıqlı mədəniyyət həftəsinin təşkili, bağ məhsulları üzrə əkinçilik həmkarlıqlarının genişləndirilməsi, Naxçıvanda qənd çuğunduru məhsulunun əkini və emalı üzrə müqavilənin yenilənməsi, balıqçılıq sahəsində həmkarlıq və idman komandaları mübadiləsi tərəflərin müzakirələrdə əldə etdikləri razılıqlardan olub.

İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mohəmməd Təqi Mohəmməd Əli deyib: Qərbi Azərbaycan ostandarının səfəri ilə iki tərəf arasında gediş-gəliş həcminin artması və müxtəlif sahələrdə əlaqələrin yüksəlişinin şahidi olacağıq.

  • Yazılıb
  • da (də) 2014 Oct 25