Tarix : 2014 Oct 25
Kod 44468

seçki nəticələri ləğv edildi

Arif Hacılı : biz təkrar seçkinin keçirilməsinə qərar verdik

Arannews - Dünən Müsavat Partiyasının növbəti Məclis iclası keçirilib.

Tədbirdə çıxış edən başqan Arif Hacılı bildirib ki, Səbail rayonunda keçirilən seçkilər ləğv edilir: "Orada müvəqqəti sədr seçmək üçün seçki keçirilib. Lakin şura üzvlərinin bir neçəsinə iclas haqda məlumat verilməyib. Konkret olaraq 2 şura üzvü bizə bildirib ki, onlar iclasda iştirak etməyib. Ona görə də biz təkrar seçkinin keçirilməsinə qərar verdik".

***

Mərkəzi Nəzarət və Təftiş Komissiyasına (MNTK) 7 yerə 8 namizəd var. Onlardan biri qadındır. Sabunçu rayon təşkikatının üzvü Rəna Həsənov vicdan məhbusu Elşən Həsənovun yoldaşıdır. Hər kəsin bu qadına səs verib seçməsi məcburidir.

***

Bu dəfə ki Məclis iclasına da Qubad İbadoğlunun tərəfdarları qatılmayıb. Vurğun Əyyub, Ellada Məmmədli, Hikmət Hacızadə və digərləri iclasda iştirak etmir.

  • Yazılıb
  • da (də) 2014 Oct 25