Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan aksiyadakı çıxışında bildirib ki, müxalifət və xalq hakimiyyətin dəyişilməsi...
Arannews - Ermənistanda minlərlə müxalifət tərəfdarları yürüş keçirib.
NEWS.am-in verdiyi xəbərə görə, yürüşə parlamentdəki müxlaifət üçlüyünün
(“Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs”) liderləri rəhbərlik
edib.
Məlumata görə, yürüş başladıqdan az sonra partiya liderləri aksiyanı tərk
ediblər. Lakin mitinq sonadək davam edib.
Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan
aksiyadakı çıxışında bildirib ki, müxalifət və xalq hakimiyyətin dəyişilməsi
prosesinə dair qərar verilib: “Biz bu prosesi uzatmaq niyyətində deyilik, heç
kim lənglik nümayiş etdirməyəcək”, deyə Zurabyan qeyd edib. O, gələcəkdə oturaq
etiraz aksiyalarının keçiriləcəyini vurğulayıb.
“Çiçəklənən Ermənistan” partiyasının lideri
Qaqik Tsarukyan isə çıxışında Ermənistana yeni keyfiyyətə malik hakimiyyətin
lazım olduğunu bildirib, Sarkisyan hakimiyyətinin əleyhinə fikirlər səsləndirib:
“Ölkə və xalq acınacaqlı vəziyyətdədir, hakimiyyətin yürütdüyü siyasət nəticəsində
əhalinin ölkəni tərk etməsi getdikcə artır. Xarici siyasətdə də uçurumlar
müşahidə olunur. Vəziyyət o yerə çatıb ki, əhalinin əksəriyyətinin mənzili
isitmək imkanı belə yoxdur və biz vəziyyəti dəyişməliyik”.