Tarix : 2014 Oct 24
Kod 44457

Azərbaycanda Hərbi hissə komandiri bizneslə məşqul olur

Şəmkir rayonunda yerləşən “N” saylı hərbi hissənin komandiri ilə bağlı ilginc məlumatlar daxil olub.

AranNews- Övladları sözügedən hərbi hissədə qulluq edən valideynlərin verdiyi məlumata görə, Ələkbər adlı (soyadı bizə məlum olsa da yazmağı məqsədəuyğun saymadıq-red) hərbi hissə komandiri əsgər və zabit heyəti ilə olduqca pis rəftar edir: “Biz övladlarımızdan narahatıq. Bu hərbi hissədə hər şey pulludur. Hansı əsgər tələb olunan pulu ödəmirsə o hər gün “naryad”a çıxarılır. Pulu verən əsgərlər isə sözün əsl mənasında burada dincəlir. Bu şəxs hərbi hissə komandirindən çox biznesmeni xatırladır. Belə ki, onun Şəmkir rayonunda böyük bir marketi var və həmin ticarət obyektini polkovnik leytenantın qardaşı işlədir”.
Şikayətçilər daha sonra iddia edir ki, Hərbi hissə komandiri vəzifəsini daşımasına baxmayaraq o ümumiyyətlə hərbçi deyil.
Biz səsləndirilən ittihamların ciddiliyini nəzərə alaraq məsələni araşdırmağı qərara almışıq. Mövzuya qayıdacağıq.

  • Yazılıb
  • da (də) 2014 Oct 24