Tarix : 2014 Oct 24
Kod 44453

Rusiya-Gürcüstan aviauçuşları, 5 günlük müharibədən sonra bərpa edilir

Rusiya ilə Gürcüstan arasında 2008-ci ildəki “5 günlük müharibə”də sonra kəsilmiş müntəzəm mülki aviareyslər bərpa olunur.

AranNews- Az öncə “Rosaviasiya” Gürcüstan XİN-in notasına cavab olaraq Moskva-Tiflis və əks istiqamətdə müntəzəm hava uçuşlarına icazə verildiyi barədə açıqlama yaymışdı.

İki ölkə arasında birbaşa müntəzəm avia əlaqələr əslində 2006-ci ildə, onlar arasında münasibətlər kəskinləşdiyi vaxt ləğv edilmişdi. Sonra müəyyən müddətə bərpa olunsa da, 2008-ci ilin avqust hadisələrindən sonra – iki dövlət arasında diplomatik münasibətlər kəsiləndən sonra  yenidən ləğv edilib. 

  • Yazılıb
  • da (də) 2014 Oct 24