Tarix : 2014 Oct 23
Kod 44449

Azərbaycan Respublikasınin əzadarları Tasua və Aşura günlərində ölkənin hər bir şəhərində vahid bir məkanda bir araya gələrək, böyük bir toplantı təşkil etsinlər

Azərbaycan dövləti də əzadarların bu iri toplantısından vahiməyə düşməsin və bu ölkə dindarları və əzadarlarını vəhhabilər və ermənilər qarşısında çətin vəziyyətdə qoymasın ki, əzadarlar İmam Hüseyn(ə)-a olan eşq və məhəbbətlərinin əzəmətini dünyaya nümayiş etdirə bilsinlər

Arannews - Höccətülislam Seyid Həsən Amili Azərbaycan Respublikası əzadarlarından istəyib ki, ermənilər və vəhhabilərə cavab olsun deyə, Tasua və Aşura günlərində ölkənin hər bir şəhərində vahid bir məkanda bir araya gələrək, böyük bir toplantı təşkil etsinlər.

Höccətülislam Amili Məhərrəm ayının gəlib çatması münasibətilə Ərdəbildə keçirilən bir mərasimdə etdiyi çıxışı zamanı Azərbaycan Respublikası hökumətinə xitabən deyib: Azərbaycan dövləti də əzadarların bu iri toplantısından vahiməyə düşməsin və bu ölkə dindarları və əzadarlarını vəhhabilər və ermənilər qarşısında çətin vəziyyətdə qoymasın ki, əzadarlar İmam Hüseyn(ə)-a olan eşq və məhəbbətlərinin əzəmətini dünyaya nümayiş etdirə bilsinlər.

Ərdəbilin imamcüməsi daha sonra Azərbaycan Respublikası hökumətinə xitabən deyib: Bu xalqın əlini ermənilər və vəhhabilər qarşısında bağlama. Əgər güclü dayaq və arxaya malik olmaq istəyirsənsə, elə bu xalq sənin üçün güclü dayaq və arxa ola bilər. Xalqına arxalanmayan bir dövlətin arxası olmaz.

Höccətülislam Amili Azərbaycanın əzəmətli xalqı və əzəmətli əzadarlarının olduğunu deyərək, vurğulayıb: Məscidlər və qapalı mühitlərdə əzadarlıq fəzilət ilə yanaşı olsa da İslam cümə namazı, camaat namazı və həcc kimi iri toplantılar qərar verib ki, İslam düşmənləri kiminlə qarşı-qarşıya durduqlarını bilsinlər. Elə buna görə də İmam Hüseyn(ə) üçün əzadarlıqlar açıq havada və əzəmətli formada, izdihamlı şəkildə keçirilməlidir.

Seyid Həsən Amili daha sonra deyib: Əgər İmam Hüseyn(ə)-a xidmət etmək istəyirsinizsə, Aşura günü hər bir şəhərdə müəyyən bir nöqtədə bir araya gələrək, əzəmətli bir toplantı təşkil edin.

  • Yazılıb
  • da (də) 2014 Oct 23