Tarix : 2014 Oct 23
Kod 44446

mübariz ruhani "kars"-a salınıb

Ailəsi Hacı Abgül Süleymanovla görüşə bilməyib

Arannews - DünəN 11 il həbsə məhkum edilmiş mübariz ruhani Hacı Abgül Süleymanovun yaxınları onunla görüşə gedib.

Ailəsi Hacı Abgül Süleymanovla görüşə bilməyib. Hətta onun üçün aparılmış sovqat da qəbul edilməyib. Həbsxananın əməkdaşı Hacı Abgülün ailəsinə bildirib ki, həbsxanada münaqişə yaranıb. Bununla bağlı keçirilən iclasda həbsxananın işçiləri ilə ruhani arasında söz münaqişəsi olub. Bu səbəbdən də ilahiyyatçı cərimə kamerasına salınıb.

Xatırladaq ki, son günlərdə müxtəlif bəhanələrlə Hacı Möhsün Səmədov və Hacı Tale Bağırov da cərimə kameralarına salınıb, təzyiqlərə məruz qalıblar.

  • Yazılıb
  • da (də) 2014 Oct 23