Tarix : 2014 Oct 23
Kod 44444

İran İslam Respublikası Azərbaycan medialarının Ermənistan baş nazirinin Tehrana səfəri ilə bağlı həssaslığını yersiz hesab etdi

İran İslam Respublikası dəfələrlə bildirib ki, Ermənistan ilə əlaqələrimiz heç bir ölkəyə qarşı yönəlməyib

Arannews - İran İslam Respublikası Xarici İşlər  Nazirliyinin sözçüsü bu gün yerli və xarici media təmsilçilərinin iştirakı ilə keçirdiyi həftəlik brifinqində Ermənistan baş nazirinin İrana səfəri ilə bağlı deyib: Ermənistan baş nazirinin İrana səfəri zamanı iki tərəf arasında mühüm müzakirələr baş tutub.

İran-Ermənistan münasibətlərinin inkişaf halında olduğunu deyən Mərziyyə Əfxəm əlavə edib: Bu səfər zamanı müxtəlif sahələrlə bağlı bir çox anlaşma əldə olundu. Həmçinin qərara alındı ki, əldə olunmuş anlaşmaların icrasına nəzarətin təmin edilməsi üçün lazımi sənədlər imzalansın. Bunun ardınca əldə olunmuş anlaşmaların icra prosesi və irəliləyişi hər iki tərəf üçün aydın olmuş olacaq.

Mərziyyə Əfxəm daha sonra deyib: Bu səfər zamanı regional məsələlərlə bağlı fikir mübadilələri də aparıldı. İran və Ermənistan region məsələləri ilə bağlı nisbətən yaxın mövqeyə malikdirlər. Bu kimi fikir mübadilələrinin aparılması və baxışların bir-birinə yaxınlaşdırılması regional məsələlərin həllinə kömək etmiş olur.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan baş nazirinin İrana səfərinin ardınca Azərbaycanda bəzi mediaların İrana qarşı bəzi hərəkətlər həyata keçirmələri haqda da deyib:  Biz dəfələrlə bildirmişik ki, Ermənistan ilə əlaqələrimiz heç bir ölkəyə qarşı yönəlməyib. Bəzi medialar daim mənfi atmosfer yaratmağa çalışırlar. İki ölkə əlaqələri və siyasi münasibətləri ilə bağlı bir sıra həssaslıq nümayiş etdirirlər. Onlar bu gerçəkliyi qəbul etməlidirlər ki, regional məsələlər regional əməkdaşlıqlar və müzakirələr yolu ilə həll ediləsidir. Aydın məsələdir ki, İran və Ermənistan ikitərəfli əməkdaşlıqlarla yanaşı, regionda sülh və sabitliyin bərqərar edilməsi və qonşu ölkələrin məsələlərini ciddi formada izləyiblər. Ümidvarıq, medialar bu səfərin bu cəhətini keçmiş ilə müqayisədə daha geniş formada və real baxışla işıqlandırmış olsunlar və İranın qonşu ölkələr ilə əlaqələri bəzi mediaların mənfi təbliğatlarının təsiri altına düşməsin.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikası prezidentinin Azərbaycan və Qafqaz regionu ölkələrinə səfəri barədə də bu səfərin cənab Həsən Ruhaninin iş gündəmində durduğunu və səfərlə bağlı zaman cədvəlinin müəyyən edilməsi ilə medianın bu barədə məlumatlandırılacağını bildirib.

  • Yazılıb
  • da (də) 2014 Oct 23