cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub
Arannews - Azərbaycan Müdafiə Nazirliyindən verilən
məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi
ümumilikdə 14 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə
Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Veysəlli, Goranboy
rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında, həmçinin
Füzuli, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, itki
yoxdur.