Tarix : 2014 Oct 23
Kod 44439

Azərbaycanda iki jurnalist Avropaya mühacirət edib.

“Azadlıq” radiosunun Bakı bürosunun iki əməkdaşı – Abbas Əli və Maarif Çingizoğlu işdən ayrılaraq, xaricə köçüblər.

AranNews- Məlumata görə, Abbas Əli İsveçrə, Maarif Çingizoğlu isə Almaniyada daim yaşayış üçün icazə alıb. Sayt “Azadlıq” radiosu ilə əlaqə saxlayıb. Məlum olub ki, hər iki jurnalist bir müddət öncə “Azadlıq” radiosunun Bakı bürosundan işdən çıxmaq istədikləri barədə rəhbərliyə müraciət ediblər. Radiodan bildirilib ki, Abbas Əli və Maarif Çingizoğlu işdən çıxsalar da, onların indi harada olduqları qurum rəhbərliyinə məlum deyil.

  • Yazılıb
  • da (də) 2014 Oct 23