Tarix : 2014 Oct 22
Kod 44432

Ayətullah Məhdəvi Kəninin vəfatı münasibəti ilə İçərişəhər “Cümə” məscidinin dini icması əzadarlıq mərasimi keçirib

Ayətullah Məhdəvi Kəninin vəfatı ...

Arannews -  mərasim “Təvəssül” duasının oxunuşu ilə başlayıb.

Ardınca möminlər qarşısında xütbə söyləyən İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu möminlərə ağır itki münasibətilə başsağlığı verib, Ayətullah Məhdəvi Kəni cənablarının yaxın tariximizdə İslamın inkişafındakı xidmətlərindən, onun mənəvi durumundan və şəxsi keyfiyyətlərindən söz açmışdır. Daha sonra “Alim öldü, aləm öldü”, “Alim öldü, aləm öldü”, “Başın sağ olsun, ümmət”, “Ayətullah Kəni öldü”nidaları ilə əzadarlıq və növhəxanlıq olub.

Ağır itki ilə əlaqədar İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu mərasimdəki çıxışında bildirib : “ Böyük ustad Ayətullah Məhdəvi Kəni Xubrəqan Məclisinin təsisçisi və qurucularından biri olub. Bərəkətli ömrü ərzində böyük ustad misilsiz irs qoymuş, İslam əxlaqi sahəsində dəyərli əsərlər yaratmışdır”

  • Yazılıb
  • da (də) 2014 Oct 22