Tarix : 2014 Oct 22
Kod 44430

Ərəbistan məhkəməsi daha iki nəfər barədə edam hökmü çıxarıb

Ərəbistan məhkəməsi ölkənin 2 vətəndaşını anti-dövlət aksiyalarında iştirak etmək səbəbindən edama məhkum edib

Arannews - Saxlanılan şəxslər Əl-Qətif vilayətindəki Əl-Əvamiyyə şəhərində keçirilən aksiyalarda iştirak etdiyi üçün həbs olunaraq, mühakimə ediliblər

Ərəbistan məhkəməsi ölkənin 2 vətəndaşını anti-dövlət aksiyalarında iştirak etmək səbəbindən edama məhkum edib.

Ərəbistan məhkəməsi üç nəfər barədə ilkin hökmlər çıxarıb.Hökmdə saxlanılanların ikisi barədə edam, bir nəfər barədə isə 12 il həbs cəzası qərarı çıxarılıb.

Saxlanılan şəxslər Əl-Qətif vilayətindəki Əl-Əvamiyyə şəhərində keçirilən aksiyalarda iştirak etdiyi üçün həbs olunaraq, mühakimə ediliblər.

Məlumatda həmçinin bildiriir ki, 12 il həbs cəzasına məhkum olunmuş üçüncü nəfər azad edildikdən sonra zindanda olduğu müddətə qədər də ölkədən çıxmağa qadağa qoyulacaq.

Barələrində hökm çıxarılanlar şiə ruhanisi Şeyx Nimr Əl-Nimr əleyhinə edam hökmünün çıxarılmasına qarşı aksiyalarda iştirak etdiyi üçün həbs edilib.

  • Yazılıb
  • da (də) 2014 Oct 22