Tarix : 2014 Oct 22
Kod 44426

Frank-Valter Ştaynmayer Ermənistana gedir

səfər Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın dəvəti çərçivəsində reallaşacaq

Arannews - Oktyabrın 23-də Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ermənistanda rəsmi səfərdə olacaq. Erməni informasiya qaynağına istinadən verdiyi xəbərə görə, səfər Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın dəvəti çərçivəsində reallaşacaq.

Alman nazir prezident Serj Sərkisyanla görüşdükdən sonra iki XİN arasında məsləhətləşmələr və birgə mətbuat konfransı keçiriləcək. Qonaq həmçinin, İrəvanda qondarma soyqırım abidəsini ziyarət edəcək.

Almaniya XİN rəhbərinin səfərinin məqsədi açıqlanmır. Onun Azərbaycana da təşrif buyurub-buyurmayacağı barədə məlumat yoxdur.

  • Yazılıb
  • da (də) 2014 Oct 22