Tarix : 2014 Oct 21
Kod 44419

Iran - Azərbaycan ikitərəfli əməkdaşlıqları daha da artacaq

Şəhindoxt Movlaverdi : Tehran-Bakının ikitərəfli əməkdaşlıqlarının daha da artırılması barəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova ilə fikir mübadiləsi aparılacaq.

Arannews - İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini ümidvarlıq edib ki, qadınlar davamlı inkişafda təsirli rola malik olacaq mövqeyə çatacaqlar.

Şəhindoxt Movlaverdi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qadınların məsələləri üzrə nazirlərinin iclası barəsində deyib: İƏT-ə üzv ölkələrin qadınların məsələləri üzrə nazirlərinin iclasının mövzusu islam ictimaiyyətlərində davamlı inkişafda qadınların roludur.

İran İslam Respublikası prezidentinin müavini həmçinin əlavə edib: Bakı səfərində Tehran-Bakının ikitərəfli əməkdaşlıqlarının daha da artırılması barəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova ilə fikir mübadiləsi aparılacaq.

  • Yazılıb
  • da (də) 2014 Oct 21