Tarix : 2014 Oct 21
Kod 44418

Hacı Tale Bağırovun karserə salınmasının səbəbi bilindi

Səbəb kimi isə ilahiyyatçının guya həbsxananın vahid forma geyiminə riayət etməməsi olduğu göstərilir . Halbuki ölkə həbsxanalarında vahid forma geyimi deyilən bir şey yoxdur. Sadəcə olaraq bu bir bəhanədir

Arannews - Tanınmış ilahiyyatçı alim, vicdan məhbusu Hacı Tale Bağırov 12 saylı Cəzçəkmə Müəssisəsində karsa salınması barədə məlumat vermişdik. Artıq ilahiyyatçının hansı səbəb üzündən karserə salınması və neçə günlük “kars” cəzasının verilməsi bəlli olub. Bu barədə Tale Bağırovun vəkili Cavad Cavadov məlumat verib. 

Vəkilin sözlərinə görə, Hacı Tale Bağırova ötən həftənin 4-cü günündən etibarən 7 günlük karser cəzası veriblər. Səbəb kimi isə ilahiyyatçının guya həbsxananın vahid forma geyiminə riayət etməməsi olduğu göstərilir: “Halbuki ölkə həbsxanalarında vahid forma geyimi deyilən bir şey yoxdur. Sadəcə olaraq bu bir bəhanədir. Karserlə bağlı qərarın sürəti hələ nə Hacı Tale Bağırova, nə də ki, mənə təqdim edilməyib. Qarşıdan gələn günlərdə qərarın sürəti ilə bağlı sənədi alacağıq. Ondan sonra verilən cəzanın hansı bəhanə üzündən həyata keçiriləcəyini daha dəqiq biləcəyik.”

Hacı Tale Bağırovun səhhətinin və ruhiyyəsinin yaxşı olduğunu söyləyən vəkil, “Tale Bağrov bildirdi ki, heç bir cəza və işgəncə onları sındıra bilməz və karser cəzası tamamilə qərəzli bir qərardır”, - deyə bildirdi:

“Bu həftənin 4-cü günü cəzanın müddəti bitir. İlahiyyatçı bütün dostlara və yaxınlarına salam göndərdi. Son vaxtlar AİP lideri Mövsüm Səmədov və ilahiyyatçı Abgül Süleymanovla bağlı yaşananlar göstərir ki, bunların hamısı eyni siyasi baxışlara malik olan şəxslərlə bağlı həyata keçirilən siyasətin tərkib hissəsidir.”

  • Yazılıb
  • da (də) 2014 Oct 21