Tarix : 2014 Oct 21
Kod 44416

Gürcüstan prezidenti din xadimləri ilə görüş keçirib

Görüşdə söhbətin əsas mövzusu “Qadın zorakılığı və ona qarşı haqsızlıqla mübarizə" barəsində din xadimlərinin fikrini öyrənmək və təkliflərini dinləmək olub

Arannews - Bu gün Gürcüstan Respublikasının prezidenti Qiorqi Marqvelaşvili müxtəlif dinlərin rəhbər və nümayəndələri ilə görüş keçirib

Görüşdə söhbətin əsas mövzusu “Qadın zorakılığı və ona qarşı haqsızlıqla mübarizə" barəsində din xadimlərinin fikrini öyrənmək və təkliflərini dinləmək olub.

Ölkə prezidenti çıxışı zamanı qeyd edib ki: “Bir çox dünya ölkələri ilə yanaşı ölkəmizi narahat edən bu məsələ barəsində müzakirə apararaq zərif cinsə qarşı kobudluq və xoşagəlməz hadisələrin səbəblərini araşdırmaq və həllinə çalışmaqdan ötrü dövlət rəsmləri ilə ruhanilərin birgə proqramlı şəkildə işləməsi müsbət nəticə verər”.

Müxtəlif dinləri təmsil edən din xadimləri belə hadisələrin qarşısını almaq üçün ictimaiyyətdə KİV və media vasitəsi ilə eyni zamanda təhsil və ibadət ocaqlarında və sıravi vətəndaşlar arasında davamlı maarifləndirmə proqramları aparmanın vacib olduğunu qeyd edib. Birgə əməkdaşlıq barədə razılığa gəlinib./islamazeri

  • Yazılıb
  • da (də) 2014 Oct 21