Tarix : 2014 Oct 21
Kod 44415

Cəbhə xəttində yenə atəşkəs pozulub

Erməni silahlı Quvələri atəşkəs rejimini ümumilikdə 14 dəfə pozublar

Arannews - Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

  • Yazılıb
  • da (də) 2014 Oct 21